AZ

U-17 millimiz seçmə mərhələdə 3-cü oyuna çıxır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, 9-cu qrupda yer alan millimiz sonuncu matçında Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.

14 oktyabr

Azərbaycan (U-17) – Rumıniya (U-17)

“Bourret” stadionu, Kapbreton. Saat 17:00

Baş hakim: Mateo Erceq (Xorvatiya)

Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)

Dördüncü hakim: Gillaume Paradis (Fransa)

saytlarin hazirlanmasi

Seçilən
17
4
sportal.az

5Mənbələr