2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uels və Belçika yığmaları arasında keçirilən qarşılaşma maraqlı anlarla yadda qalıb.
"Unikal" xəbər verir ki, matçın 66-cı dəqiqəsində meydana siçan daxil olub. Siçan futbolçuların diqqətini yayındırıb və oyunun dayandırılmasına səbəb olub. Hər iki komandanın oyunçuları onu meydandan çıxarmağa cəhd etsələr də, gəmirici bir neçə dəfə onların əlindən yayınıb.
Bundan sonra Uels millisinin yarımmüdafiəçisi Brendon Conson siçanı meydandan uzaqlaşdırmağı bacarıb. Hadisə azarkeşlər tərəfindən gülüş və alqışlarla qarşılanıb.
Qeyd edək ki, matç 2:4 hesabı ilə Belçikanın qələbəsi ilə yekunlaşıb.