Bakı. Trend:
Biz peşə hazırlığına təhsilə və insan kapitalına yönəlmişsosial-iqtisadi investisiya aləti kimi baxırıq.
Trend xəbərverir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədriSadiq Əliyev “Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsiləİnvestisiya” adlı panel müzakirədə çıxış edərkən deyib.
O bildirib ki, müntəzəm şəkildə dəyişən, hər dəfə yeni məzmun vəforma ilə qarşımıza çıxan əmək bazarında rəqabət qabiliyyətli olmaqüçün bilik və bacarıqların daim yenilənməsi vacibdir:
"Eyni zamanda, bu təlimlər sayəsində insanlar yalnız iş tapmaqimkanlarını artırmır, həm də gələcəkdə vergi ödəyicisi kimiiqtisadi dövriyyəyə qayıdırlar. Beləliklə, bu mexanizm həm sosial,həm də fiskal gəlir yaradır.
Bu məqsədə nail olmaq üçün Dövlət Məşğulluq Agentliyi özəl vədövlət təhsil və təlim müəssisələri ilə birlikdə maksimum 6 aylıqmüəddəti əhatə edən proqramlar çərçivəsində peşə hazırlığı kurslarıtəşkil edir. Hazırda bu kurslar 175 peşə üzrə həyatakeçirilir".
"Bu proqramlar həm aşpaz, bərbər, baytar, təmirçi-çilingər,xarrat-dülgər və ya bənna kimi ənənəvi sahələri, həm də dataanalitik, mobil developer, yaşıl enerji, proqramlaşdırma dilləri vəkibertəhlükəsizlik üzrə mütəxəssis kimi müasir və innovativistiqamətləri əhatə edir. Bu məqamda xüsusilə qeyd etmək istəyirəmki, biz bu siyahını mütəmadi olaraq yeniləyirik və aktual olan yenipeşələri bura əlavə etməyə davam edirik",- deyə Sadiq Əliyev əlavəedib.