AZ

“Hətta Azərbaycan belə, futbol oynaya bilir”

BAKI, 14 oktyabr. TELEQRAF

"Çox çətin keçən oyundan sonra özümü yorğun hiss edirəm".

Teleqraf xəbər verir ki, bunu Ukrayna yığmasının yarımmüdafiəçisi Ruslan Malinovski Polşada Azərbaycan millisini 2:1 hesabı məğlub etdikləri DÇ-2026-nın seçmə mərhələ oyunundan sonra deyib.

O, qələbə qazandıqları üçün özünü xoşbəxt hiss etdiyini bildirib: "Düşünürəm ki, ilk hissədə çoxlu qol şansları yaratdıq, amma son nöqtəni qoymaqda çətinlik çəkirdik. Daha əvvəl etmədiyimiz bəzi səhvlərimiz oldu, amma ən əsası nəticədir. Biz görürük ki, rəqibə bir az vaxt verəndə bütün yığmalar, hətta Azərbaycan belə, futbol oynaya bilir. Qol vurmağım əladır, amma əsas odur ki, qələbə qazana bildik. İslandiyada meydança sərt idi, top daha sürətli hərəkət edirdi, burada isə daha yumşaq idi, bizim üçün asan deyildi”.

Qeyd edək ki, Ruslan Malinovski "Krakoviya" stadionunda təşkil olunan görüşün 64-cü dəqiqəsində Azərbaycan millisinin qapısına yol tapa bilib. O, matçın 71-ci dəqiqəsində əvəzlənib.

Seçilən
22
teleqraf.com

1Mənbələr