ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Neçə ildən sonra doğma yurda qayıtmağın sevincini yalnız bu hissi yaşayanlar bilərlər".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Xocalı rayonunun Təzəbinə kəndinə qayıdan sakin Həsən Zeynalov deyib.
O, uzun illərdən sonra doğma kəndə ailə üzvləri ilə birlikdə qayıtdığını vurğulayıb:
"Təzəbinə kəndini hansı şəraitdə tərk etdiyimiz hamıya bəllidir. O vaxt üç-beş dəqiqədən sonra bizi nə gözlədiyini bilmirdik. Məcburi köçkünlük dövründə əziyyətimiz az olmadı. Şükür, çətin günlər artıq geridə qalıb. Kəndimizə övladlarım və nəvələrimlə birlikdə qayıdırıq, hamımız çox sevincliyik".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.