AZ

Taleh Qaraşov şəhidin anım günündə iştirak edib - FOTOLAR

Oktyabrın 14-də Vətən müharibəsi şəhidi Ağazadə Sənan Nizami oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidin Göyşaban kəndindəki qəbrini ziyarət edib, məzarı önünə tər güllər düzüb, ruhuna dualar ediblər.

"Unikal" xəbər verir ki, Taleh Qaraşov şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

Seçilən
141
8
unikal.az

10Mənbələr