AZ

Azad olunmuş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığı proqramlarına cəlb olunub

Bu sözləri Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda panel müzakirədə çıxışı zamanı deyib.

Agentlik sədri işğaldan azad edilmiş ərazilərdə peşə hazırlığı kurslarının təşkili üçün xüsusi güzəşt və təşviq mexanizmlərinin tətbiq olunduğuna diqqət çəkib. O bildirib ki, bu ərazilərdə peşə hazırlığının təşkilini stimullaşdırmaq və ixtisaslaşmış təlim müəssisələrini regiona cəlb etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə adambaşına düşən vəsaitə 20 faiz əlavə tətbiq edilir.

Bundan əlavə, Qarabağ Peşə Hazırlığı Mərkəzi özəl təlim müəssisələri ilə birgə regionun ehtiyaclarına uyğun olaraq birgə təlimlər təşkil edir, öz infrastrukturundan işəgötürənlər üçün geniş istifadəyə imkan yaradır.

S.Əliyev azad olunmuş ərazilərdə 300-dən çox şəxsin peşə hazırlığı proqramlarına cəlb olunduğunu və bu prosesin davamlı olduğunu da vurğulayıb.

Seçilən
62
vergiler.az

1Mənbələr