Bakı. Trend:
Xocalı rayonunun iki kəndinə növbəti köç yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Trend-in Qarabağbürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq Xocalırayonunun Şuşakənd və Təzəbinə kəndlərinə köç karvanı AğdamınDördyol adlanan ərazisindən yola salınıb.
Trend-inQarabağ bürosu xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 27ailə olmaqla 116 nəfər, Təzəbinə kəndinə isə 27 ailə olmaqla 117nəfər köçürülüb. Köçürülən ailələr bu günə kimi respublikanınmüxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalardaməskunlaşan ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmətdiləyiblər.