AZ

Ərdoğan: Qəzzada atəşkəs qorunmalıdır

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qəzzada atəşkəs qorunmalıdır.APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən təyyarədə yerli medianın suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Qəzzadakı atəşkəsin davamlı olması və pozuntuların baş verməməsi ən vacib məsələdir.

“İsrailin keçmişdə atəşkəsi pozmaq təcrübəsi ehtiyatlı və diqqətli olmağı tələb edir. Türkiyə, ABŞ və digər ölkələr atəşkəsin qorunmasına qətiyyətlə dəstək verir və vəziyyət yenidən gərginləşsə, bunun ağır nəticələri olacağını İsrail özü də bilir. Keçmişdə bir çox razılaşmalar kağız üzərində qalmışdı, amma indi daha güclü və ortaq iradə mövcuddur”, - Ərdoğan vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
12
apa.az

10Mənbələr