"Köçkünlük dövründə ağır və çətin günlər yaşadıq. Danışmaq çox ağırdır, bunları sözlə demək mümkün deyil. İndi isə doğma yurda dönürəm”.
APA xəbər verir ki, bunu Xocalının Təzəbinə kəndinə köç edən keçmiş məcburi köçkün Səkınə Quliyeva deyib.
O, heç kimə köçkünlük həyatı arzulamadığını vurğulayıb: “İndi mənim yaşadığım sevinci bütün keçmiş məcburi köçkünlərə arzulayıram. Allah Prezidentimizi, Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin!"