AZ

Türkiyə son model qanadlı raketini sınaqdan çıxardı

Hurriyyet.az xəbər verir ki, Türkiyənin TÜBİTAK-SAGE müdafiə şirkəti su üzərindəki  və qurudakı hədəfləri vurmaq üçün nəzərdə tutulmuş SOM-J qanadlı raketinin növbəti sınağını uğurla həyata keçirib.

Sınaqlar zamanı raket yüksək dəqiqlik və manevr qabiliyyəti, həmçinin, -  hava hücumundan müdafiə və radar aşkarlama sistemlərindən yayınmağa imkan verən -son dərəcə aşağı hündürlüklərdə uçmaq qabiliyyətini nümayiş etdirib.

Döyüş təyyarələrində istifadə üçün hazırlanmış SOM-J raketi hədəflərin uzaq məsafələrdə effektiv şəkildə vurulmasını təmin edən müasir naviqasiya və istiqamətləndirmə sistemlərinə malikdir.

Hürr Tərcüman

Seçilən
97
hurriyyet.az

1Mənbələr