Ukraynalı futbolçu: Azərbaycan millisi ilə oyun asan keçmədi
Azərbaycanla oyun asan keçmədi. Amma əsas odur ki, qalib gəldik. Artıq növbəti matça hazırlaşacağıq.
Demokrat.az xəbər verir ki, bu sözləri Ukrayna millisinin futbolçusu Ruslan Malinovski DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Azərbaycan yığmasına 2:1 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.
Yarımmüdafiəçi bir çox fürsətlərdən yararlana bilmədiklərini söyləyib: “Hər birimizdə yorğunluq var. Uzun müddətdir belə intensiv rejimdə oynamamışdım. Heç də asan olmadı. Azərbaycanla matçda bütün gücümü meydanda qoydum. Komandaya görə çox sevinirəm. Birinci hissədə çox sayda qol imkanı yaratdıq, amma son ötürmədə bir az çatışmazlıq oldu. Bəzi səhvlər etdik, lakin ən vacibi nəticədir”.
O, milli komandaların səviyyəsinin artdığını vurğulayıb: “İndi bütün yığmalar meydanda fürsət və boşluq verildiyi təqdirdə yaxşı futbol oynaya bilirlər”.