AZ

Cambrilearn məktəbi rəsmi TOEFL IBT imtahan mərkəzi statusunu qeyd edib - FOTO

Bakıda keçirilən seminarda TOEFL nümayəndələri Anna Gutkowska və Zeynep Oğul iştirak ediblər, müəllimlərə sertifikatlar təqdim olunub və 15 ABŞ dolları endirim promokodu elan edilib

6 oktyabrda Hilton Baku Hoteldə EnglissheCambrilearn brendlərinin birgə təşkilatçılığı ilə Cambrilearn məktəbinin rəsmi TOEFL IBT imtahan mərkəzi statusunun əldə olunmasına həsr olunmuş seminar keçirilib.

Tədbirdə ETS (Educational Testing Service) nümayəndələri — Anna Gutkowska (Avrasiya və Mərkəzi Asiya üzrə TOEFL IBT Regional Direktor) və Zeynep Oğul (ETS tərəfindən sertifikatlaşdırılmış TOEFL təlimçisi və Avropa, Orta Şərq, və Afrika üzrə ELT menecer) iştirak ediblər. Zeynep Oğul müəllimlərə imtahanın yenilənmiş formatı barədə məlumat verib, interaktiv viktorinalar keçirib və iştirakçılara sertifikatlar təqdim olunub.

Seminarda Cambrilearn Direktoru Zarina ZakirovaEnglisshe-in təsisçisi Nərgiz Məmmədova çıxış edərək beynəlxalq imtahanların Azərbaycanda tədris keyfiyyətinə verdiyi töhfələrdən danışıblar. Tədbirin sonunda müəllimlərin bir-biri ilə fikir mübadiləsi aparması və əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün furşet təşkil olunub.

Bununla yanaşı, TOEFL imtahanına qatılacaq iştirakçılar üçün 15 ABŞ dolları dəyərində endirim promokodu təqdim ediləcəyi elan edilib.

Cambrilearn Cambrilearn Cambrilearn Cambrilearn Cambrilearn Cambrilearn
Seçilən
62
1
apa.az

2Mənbələr