Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən məşqçilik kateqoriyalarının verilməsi məqsədilə seminar və imtahanlar keçiriləcək.
Offsideplus.az Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 18-də Azərbaycan Texniki Universitetində praktiki seminar və test imtahanı baş tutacaq.
Bir gün sonra isə Bakı İdman Sarayında nəzəri seminar və praktik imtahan keçiriləcək.
Məşqçilik kateqoriyası olmayan, eləcə də B və C kateqoriyasına malik məşqçilərin iştirakı mütləqdir. İmtahanı uğurla başa vuran iştirakçılara müvafiq kateqoriya təqdim olunacaq.
Qeyd edək ki, kateqoriyası olmayan məşqçilər ABF bayrağı altında keçirilən yarışlara komanda çıxara bilməyəcəklər.