Hurriyyet.az xəbər verir ki, bu gün Strasburq Məhkəməsi “Gürcüstan Rusiyaya qarşı: İşğalın davam etdirilməsi” adlı iş üzrə təzminatla bağlı qərarını açıqlayıb.
Strasburq məhkəməsi Rusiyanı Gürcüstana 253 milyon avrodan çox təzminat ödəməyə məcbur edən qərar qəbul edib.
Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayıb.
Bəyanatda deyilir ki, məhkəmə Gürcüstan hökumətinin təqdim etdiyi hüquqi mövqe və sübutları nəzərə alıb və nəticədə Rusiya Federasiyasının zərər çəkmiş 29 mindən çox Gürcüstan vətəndaşına 253,018 milyon avro təzminat ödəməsini qərara alıb.
Gürcüstanın Ədliyyə Nazirliyi bildirib ki, Rusiya Federasiyası artıq Avropa Şurasının üzvü olmasa da, qanuni olaraq onun qərarlarının icrasını təmin etmək öhdəliyi qalır və hər gecikdirilmiş gün üçün cərimə ödəməlidir.
Hürr Tərcüman