AZ

“ÇƏKİNİRƏM, QORXURAM...” “Daha o məclislərə getmirəm”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Səyyad Aran: “Bir deputat həmkarım adımı çəkmədən bir yazı yazmışdı, namərd çıxış idi”

Milli Məclisin deputatı Səyyad Ağbabalı (Aran) “Qafqazinfo.az” saytına müsahibəsində parlament fəaliyyəti və deputat həmkarları ilə münasibətlərindən danışıb. Millət vəkili onların bəziləri ilə münasibətlərinin sərinləşdiyini qeyd edib, bir deputatı isə namərdlik etməkdə suçlayıb.

S. Aran adətən tək olmasının səbəbini güvənsizliklə izah edib: “Düzdür, mən tək oluram. Səbəbi odur ki, danışırsan, söhbət edirsən, birdən qəfil ağzından bir söz çıxır. Mən daş kimi dinməzəm, həyatım boyu heç nəyin qiybətini etməmişəm. Sadəcə yadımda saxlayıram, mənfi davranışdan da, müsbət əməldən də özümə nümunə çıxarıram. Çəkinirəm, qorxuram. Deyirəm, birdən müəyyən bir hərəkət edərəm və ya söz deyərəm, onu başqa cür aparıb çatdırarlar və bu, narazılıq yaradar. Ona görə də bir qədər özümə qapanmış vəziyyətdəyəm”.

Millət vəkili qeyd edib ki, əvvəllər dostları çox olub, amma indi bir az azalıb. Səbəbini isə belə izah edib: “Birincisi, mən on ildir hacıyam. Şeyx Nəsrullah demişkən, şərab istifadə eləmirəm. Belə olanda da dostların sayı azalır. Həcc ziyarətinə getməmişdən qabaq bir dostum mənə dedi ki, dostlarının sayı azalacaq. Mən inanmadım. Düzdür, köhnə dostlarım məni çağırırdılar, görüşlərə dəvət edirdilər. Amma mən gördüm ki, alınmır. Onlar yeyib-içirlər, mən isə boşqabda çəngəl-bıçaqla qurdalanıram. Baxdım ki, daha o məclislərdə artıq görünürəm. Ona görə daha o məclislərə getmədim, sonra onlar da məni heç çağırmadılar. Belə-belə say azaldı.

Vaxtilə Fərəməz Maqsudla, Şahlar Əsgərovla, Səfiyar Musayevlə, Ağabəy Əsgərovla, Siyavuş Novruzovla dost olmuşam, birlikdə məclislərə gedirdik. Xoşbəxtlikdən mənim gənclikdən oturub-durduqlarımın böyük əksəriyyəti özümdən azı 20 yaş böyük olub. Bu da daha çox öyrənməyimə, görüb-götürməyimə səbəb olub”.

Səyyad Aran Siyavuş Novruzovdan incikliyini büruzə versə də, səbəbini izah etməyib: “Dostluğumuz davam edir, amma əvvəlki kimi yox. Çünki düz gəlmir də — məclisdə hamı danışır, gülür, zarafat edir, sən isə durub baxırsan, alınmır. Həm də mən Siyavuşdan 17-18 yaş böyüyəm. Mən daha çox yaşlanmışam. Nə mənada? Düşüncə, həyata baxış, davranış tərzi ilə və s. Siyavuş isə hər halda gəncdir. Siyavuşun gənc dostları var, ona onlarla daha yaxşıdır. Zarafat edirlər, lağlağı edirlər. Mənim yaşım ona imkan vermir”.

Səyyad Aran “Çıxışlarınıza çox vaxt əks fikir bildirən həmkarlarınız olur. Bunun səbəbi nədir?” sualını belə cavablandırıb: “Bilirəm. Bir deputat həmkarım adımı çəkmədən bir yazı yazmışdı. Namərd çıxış idi. Sən deputat həmkarına qarşı elə çıxış etməli deyilsən. Özü də onun atası vaxtilə partiya sədri olmuşdu və atasına çox böyük hörmətim, köməyim olub. Onun yazısından sonra mən pərt oldum. Sən axı bilirsən ki, atanla mənim münasibətim necə olub...”

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
azpolitika.info

1Mənbələr