AZ

"AccessBank"ın mənfəəti əhəmiyyətli dərəcədə azalıb

“AccessBank” QSC 2025-ci ilin yanvar-sentyabr aylarının maliyyə nəticələrini açıqlayıb.

Teleqraf xəbər verir ki, hesabat dövründə maliyyə qurumunun mənfəəti azalıb. Bankın hesabat dövrü üzrə xalis mənfəəti 35 milyon 622 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% azdır. 2024-cü ilin 9 ayında mənfəət 41 milyon 454 min manat olmuşdu.

Bank hesabat dövründə xarici kreditorlardan 45.3 milyon manat ekvivalentində kredit cəlb edib. Beləliklə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 145.7 mln manata çatıb.Beynəlxalq maliyyə qurumlarının bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 mln dollar həcmində subordinasiya olunmuş borc öhdəliyi cəlb olunub.

Qeyd edək ki, bu ilin birinci və ikinci rüblərində də bankın gəlirləri aşağı düşüb.

Seçilən
88
teleqraf.com

1Mənbələr