BAKI, 14 oktyabr. TELEQRAF
DÇ-2026-nın seçmə mərhələsində Uels və Belçika yığmaları arasında keçirilən matç gözlənilməz hadisə ilə gündəmə gəlib.
Teleqraf xəbər verir ki, oktyabrın 13-də "Kardiff Siti" stadionunda təşkil olunan və Belçika millisinin 4:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşma qeyri-adi səbəbə görə 66-cı dəqiqədə dayandırılıb.
Belə ki, oyunun gedişində meydançada siçan peyda olub. Baş hakim Daniel Zibert siçan meydanı tərk edənə qədər oyunu dayandırmaq məcburiyyətində qalıb.
Siçan belçikalıların üzvü Tibo Kurtuanın qapısına doğru sürətlə qaçarkən meydançadakı oyunçular da çaşqınlıq yaşayıb. Hətta Kurtua siçanı tutmağa cəhd etsə də, “qonaq” çox sürətli olub.
Sıçanın meydançanı tərk etməsinə ən yaxın olan isə Uels millisinin və "Tottenhem"in hücumçusu Brennan Conson olub. Conson onu meydançadan qovmağa çalışsa da, siçan özü azarkeşlərin alqışları altında kənara çəkilib.
Qeyd edək ki, qarşılaşmada Belçika yığmasının ulduzu Kevin De Bruyne iki penaltini dəqiq yerinə yetirərək komandasının qələbəsində əsas rol oynayıb. Lakin matçın ən yadda qalan "qəhrəmanı" siçan olub.