AZ

Bakı Bulvarında Türkmənistanın Kulinariya pavilyonunun açılışı olub

BAKI, 14 oktyabr. TELEQRAF

Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində Bakı Bulvarında Türkmənistanın Kulinariya pavilyonunun açılışı baş tutub.

Teleqraf xəbər verir ki, açılış mərasimində Azərbaycan və Türkmənistanın mədəniyyət nazirlərinin müavinləri, millət vəkilləri, mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.

Pavilyinda Türkmənistanın milli mətbəxi nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, Türkmənistan Mədəniyyəti Günləri oktyabrın 15-dək davam edəcək.

Seçilən
64
1
teleqraf.com

2Mənbələr