AZ

Lukaşenko Trampa “böyük sövdələşmə” təklif edir

AzVision.az xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, ABŞ Belarusun maraqlarını nəzərə alacağı təqdirdə Amerika tərəfinin tələb və xahişlərini nəzərə almağa hazırdır.

“Biz onlarla böyük bir müqavilə bağlamağa hazırıq. Tərəzinin bir tərəfində onların sualları, xahişləri və tələbləri; digər tərəfdən suallarımız və tələblərimiz. Həll edirik? Gəlin həll edək. Biz buna hazırıq. Mən Donald Trampın bununla bağlı təkliflərini tamamilə normal qiymətləndirirəm”,- Belarus lideri qlobal beynəlxalq vəziyyət üzrə keçirilən yığıncaqda deyib.

Münasibətlərdə“qeydə alınan tərəqqi” fonunda Aleksandr Lukaşenko Belarus-Amerika münasibətlərinin gələcək inkişafı üçün alqoritmin hazırlanmasını əmr edib. O, bununla bağlı prioritetlərin və qırmızı xətlərin müəyyənləşdirilməsinə çağırıb.

- Hərəkətlərimizin təkcə Belarus-Rusiya deyil, həm də Belarus-Çin münasibətlərinə, eləcə də Belarusun Avrasiya inteqrasiya birliklərində iştirakı çərçivəsində digər dost ölkələr qarşısında öhdəliklərimizə heç bir şəkildə zərər verməməsini təmin etmək vacibdir”, - Belarus prezidenti vurğulayıb.

Xatırladaq ki, sentyabrda Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koulu qəbul edib. Danışıqlar zamanı ABŞ-nin Belarusun “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv etdiyi və ölkələr arasında münasibətlərin daha da normallaşması üçün Minskdəki səfirliyini yenidən açmağa hazır olduğu bildirilib. Aleksandr Lukaşenko ABŞ ilə razılaşma çərçivəsində ölkədə həbsdə saxlanılan vətəndaşları azad etməyə hazır olduğunu da açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az

Seçilən
14
2
azvision.az

3Mənbələr