Venesuelanın El Kallao şəhərində baş verən güclü yağışlar nəticəsində qızıl mədənində uçqun baş verib.
News24.az xəbər verir ki, hadisə zamanı 14 mədənçi həyatını itirib.
Rəsmilər bildiriblər ki, uçqun altında qalan işçiləri xilas etmək üçün dərhal axtarış-xilasetmə işlərinə başlanılıb. Hazırda mədən quyularındakı suların çəkilməsi üzərində iş aparılır.
Xilasedici qruplar digər mədənçilərin ifadələrindən istifadə edərək içəridə qalanlara çatmağa çalışdıqlarını bildiriblər.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Xeyrənsə Piriyeva