ABŞ ilə Çin arasında uzun müddətdir davam edən ticarət mübahisəsi artıq dəniz daşımalarına təsir edib.
News24.az xəbər verir ki, hər iki ölkə yük gəmilərinə yeni liman rüsumları tətbiq etməyə başlayıb.
Bu qərar oyuncaqlardan xam neftə qədər müxtəlif məhsulları daşıyan gəmilərə aiddir. Ticarət gərginliyi artıq yalnız quru sərhədləri deyil, dəniz yollarını da əhatə edir.
Çin hökuməti bu gündən etibarən ABŞ-yə məxsus, ABŞ tərəfindən idarə olunan və ABŞ bayrağı daşıyan gəmilərdən əlavə liman rüsumu alacaq. Bununla yanaşı Çində tikilən və ya təmir üçün gələn gəmilər isə bu rüsumlardan azad olunacaq.
ABŞ isə ilin əvvəlində Çin istehsalı və Çin bayrağı daşıyan gəmilərə qarşı bənzər liman vergiləri tətbiq etmişdi. Vaşinqton bu addımı ilə Çinin dənizçilik sahəsindəki üstünlüyünü azaltmaq və ölkəsində gəmi istehsalını artırmaq məqsədi güdür. Çin də buna cavab olaraq öz liman rüsumlarını tətbiq etməyə başlayıb.
Hazırda iki ölkə arasında iqtisadi qarşıdurma daha da gərginləşməkdədir.
Xeyrənsə Piriyeva