AZ

"Şəkillərimi paylaşıb müzakirə açmayın"

Tanınmış diktor Nailə İslamzadə sosial şəbəkə hesabında şəkillərinin kontekstdən çıxarılaraq yayılmasına etirazını bildirib.

News24.az xəbər verir ki, o paylaşımında illərlə qazandığı tamaşaçı etimadını “klik” və “layk” naminə istifadə etməyə çalışanları tənqid edib.

Nailə İslamzadənin sözlərinə görə, bəzi paylaşımlar təhrif olunur, köhnə foto və videolar yeni kimi təqdim edilir, hətta diqqət çəkmək üçün yanlış başlıqlarla dərc edilir. O, doğum tarixinin dəfələrlə qeyd olunmasını da artıq narahatlıq doğuran hal kimi qiymətləndirib.

“Anlayıram, mən ictimai insanam və haqqımda paylaşımlar ola bilər. Amma cılız başlıqlarla, illər əvvəl çəkilmiş video və şəkillərimi indi çəkilmiş kimi təkrar-təkrar səhifənizdə yerləşdirib müzakirə açmayın!" – deyə diktor xəbər saytlarına və səhifə inzibatçılarına müraciət edib.

Nailə İslamzadə xəbərdarlıq edib ki, bu cür paylaşımlar etik normaların və şəxsi hüquqların pozulması kimi qiymətləndirilə bilər.

Xeyrənsə Piriyeva


Seçilən
108
1
news24.az

2Mənbələr