AZ

Ağ Ev Tehrana iqtisadi təzyiqi artırır - ABŞ nəşri

Birləşmiş Ştatlar İrana iqtisadi təzyiqləri artırır.

Yenisabah.az xəbər verir ki, bu barədə "Foreign Policy" yazıb.

ABŞ nəşri mayeləşdirilmiş qazın (LPG) ixracını artırmanı və "kölgə donanması" tankerlərinə qarşı yeni sanksiyalar Tehrana maksimum təzyiqin artması hesab edir. pizza mizza

"Bu sanksiyalar Birləşmiş Krallıq və Avropa İttifaqının təkidi ilə BMT sanksiyalarının bərpasından bir neçə gün sonra tətbiq edilib və Qərbin diplomatik danışıqların dayandırılması əsnasında birbaşa iqtisadi təzyiqlər tətbiqini ehtiva edir. 

Yeni tədbirlərə “kölgə donanması"nda onlarla tankerin müəyyən edilməsi və İran neftinin qeyri-rəsmi şəkildə bazarda satışı üçün marşrutu təmin edən Çindəki neft terminalına sanksiya tətbiq edilməsi də daxildir.

Bu sanksiyalara baxmayaraq, İran hələ də əsasən Çinə olmaqla gündə təxminən 2 milyon barel neft ixrac edir və alıcılar sanksiyalardan yan keçmək üçün mürəkkəb üsullardan istifadə edirlər", - "Foreign Policy" qeyd edib.


Telegram kanalımız
Seçilən
75
yenisabah.az

1Mənbələr