AZ

Müdafiə Nazirliyi: İnspeksiya yoxlaması çərçivəsində bölmələrin nümayiş məşqləri keçirilib  

2025-ci ilin hazırlıq planına əsasən, hərbi hissə və bölmələrdə inspeksiya yoxlaması çərçivəsində gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, real döyüş şəraitinə uyğunlaşdırılmış məşqlərdə hərbi qulluqçular müasir texniki vasitələr və yeni döyüş taktikasından istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil yarımqruplar tərkibində fəaliyyətlər yerinə yetirilib.

Tapşırıqların icrası zamanı zərbə PUA-sından da məharətlə istifadə olunub.

Seçilən
51
21
azerbaijan-news.az

10Mənbələr