AZ

“13-14 yaşlı uşaqlar bu prosesi keçə bilməyəcəklər" - Açıqlama

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik təklif edilib. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Maraqlıdır, moped idarə etmək üçün hansı kateqoriyada sürücülük vəsiqəsi tələb olunacaq?

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı News24.az-a bildirib ki, yeni qərar gənclərin nəqliyyatdan təhlükəsiz istifadə etməsinə və bu sahədə qaydaların daha aydın şəkildə tənzimlənməsinə xidmət edəcək: 

"Artıq qərar Milli Məclisdə müzakirə olunub və qəbul edilib. Yəqin ki, gələn ildən bunun tətbiqinə başlanılacaq. 14 yaşdan sonra velosiped sürərək yollara çıxmağa icazə verilir. Mopedlər üçün də sürücülük vəsiqəsi yaş həddi 14-dən götürülə bilər”.

Ekspert bildirib ki, bu dəyişiklik xüsusilə kuryerlik sahəsində çalışan yeniyetmələr üçün önəmlidir, çünki onların böyük hissəsi 18 yaşdan aşağı şəxslərdir. Eyni zamanda, yeni qaydalarla mopedlər dövlət qeydiyyatına alınacaq və onlara dövlət nömrə nişanı veriləcək:

“Proses bir qədər ağırdır. İnanmıram ki, 13-14 yaşında bir uşaq bu proseslərdən asanlıqla keçsin. Biz görürük, vətəndaşlar dəfələrlə narazılıq bildiriblər. Həmin moped sürücüləri qaydaları pozaraq problem yaradıblar". 

Elməddin Muradlı həmçinin vurğulayıb ki, mopedlər üçün “A1” alt kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur və bu kateqoriya motosikletlər, kvadrosikllar və digər kiçik mühərrikli nəqliyyat vasitələri üçün də keçərlidir.


Aqil Qarayev


Seçilən
107
1
news24.az

2Mənbələr