AZ

Rusiya bu ölkəyə 253 milyon avrodan çox pul verməlidir

Bu gün Strasburq Məhkəməsi “Gürcüstan Rusiyaya qarşı: sözdə davam edən işğal” işi üzrə kompensasiya qərarını elan edib. Paralel.az -ın məlumatına görə, məhkəmə qərara alıb ki, Rusiya 2008-ci il müharibəsindən sonra “sərhəd xəttinin möhkəmləndirilməsi” nəticəsində baş vermiş insan haqları pozuntularına görə Gürcüstana 253 milyon avrodan çox məbləğdə təzminat ödəməlidir. Bildirilir ki, kompensasiya 29 min nəfərdən çox zərərçəkmişə şamil olunur.

Gürcüstan Ədliyyə Nazirliyindən vurğulanıb ki, Rusiya artıq Avropa Şurasının üzvü olmasa da, hələ də onun qərarlarının icrasını təmin etməyə hüquqi cəhətdən borcludur və hər gecikən gün üçün cərimə ödəməlidir.

Seçilən
7
4
paralel.az

5Mənbələr