AZ

RusiyaGürcüstana 250 milyon avro təzminat ödəməlidir –Avropa Məhkəməsinin QƏRARI

Avropa İnsan Haqları Məhkəməsi Rusiyanın Gürcüstana 250 milyon avrodan çox təzminat ödəməsi barədə qərar çıxarıb.

AzPost bildirir ki, bu, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra törətdiyi əməllərə görə Gürcüstanın Rusiyaya qarşı iddiasında təzminatın məbləğidir.

Müharibədən sonra Rusiya separatçı bölgə olan “Abxaziya” və “Cənubi Osetiya respublikaları”nın müstəqilliyini tanıyıb və orada minlərlə hərbçi yerləşdirib. Faktiki olaraq bu qurumların “sərhədlərinin” yaradılmasına kömək etdi.

AİHM-ə görə, ortada həddindən artıq güc tətbiqi, qanunsuz həbslər və hərəkət azadlığının məhdudlaşdırılması da daxil olmaqla, Avropa İnsan Hüquqları Konvensiyasının pozulmalarının sistemli nümunəsi mövcuddur. Nəticədə 29 mindən çox insan zərər çəkib. 2024-cü ildə AİHM artıq Rusiyanı buna görə məsuliyyətli hesab edib və indi zərərçəkənlər üçün təzminat məbləğini müəyyənləşdirib.
Rusiya 15 mart 2022-ci ildən bəri AİHM qərarlarını icrasından imtina edib.

AzPost.az

Seçilən
27
azpost.info

1Mənbələr