AZ

QR ödənişlərdəki problemlə bağlı Açıqlama

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Hazırda "Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur".

Axşam.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti məlumat yayıb.

"Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir. Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" rəqəmsal ödəniş sitemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur" deyə. məlumatda qeyd olunub.

Qeyd edək ki, bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem müşahidə olunur. Bu səbəbdən metro və avtobuslarda sıxlıq yaranıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
14
axsam.az

10Mənbələr