AZ

Amazon İsraillə əlaqələrinə etiraz edən əməkdaşını işdən ÇIXARDI

Amazon işçisini İsrail əlaqələrinə etiraz etdiyinə görə işdən çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ-nin Amazon şirkəti Sietldə yerləşən baş ofisdə Fələstin tərəfdarları üçün etiraz aksiyası keçirən mühəndisini işdən çıxarıb.

İşçi əvvəlcə daxili korporativ çatlarda Amazon-un İsrail dövlət qurumlarına bulud texnologiyaları və süni intellekt xidmətləri göstərməsini tənqid edən mesajlar göndərmişdi.

Şirkət isə işdən çıxarmanı belə əsaslandırıb: “Biz iş yerində hər hansı diskriminasiya, təqib, təhdid və ya münasib olmayan ifadələrə dözümlü deyilik”.

Amazon və Google İsrail hökumətinə və hərbi strukturlarına bulud xidmətlərini təqdim edən Project Nimbus layihəsində iştirak edir və Qəzza zolağındakı müharibə zamanı İsrailin hərəkətlərini tənqid edənlərin etiraz obyektinə çevriliblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
45
interpress.az

1Mənbələr