AZ

Paytaxt sakinlərinin yeni quraşdırılan attraksionlarla bağlı təəssüratları necədir? - SORĞU (FOTO)

Bakı.Trend:

Dənizkənarı Milli Parkda bir neçə il əvvəl istismar müddətinibaşa vurduğu üçün fəaliyyəti dayandırılan və böyüklər üçün nəzərdətutulan attraksionların işi bərpa olunub. Hazırda böyüklər 4,kiçiklər isə 3 manat ödəməklə yenidən quraşdırılmışattraksionlardan istifadə edə bilərlər.

Bəs, paytaxt sakinlərinin yeni quraşdırılanattraksionlarla bağlı təəssüratları necədir?

Paytaxt sakini Aynur Kərimova Trend-ə açıqlamasında bildirib ki, Bulvardayeni açılan attraksionlardan istifadə edib və olduqca rahatdır:

“Həmçinin təhlükəsizlik qaydalarına da ciddi şəkildə əməlolunur. Birdəfəlik istifadə haqqının da normal qiymətə olduğunudüşünürəm”.

Öz növbəsində sakin Əmrullah Nusalov attraksionların açılışınıeşitdiyini və dörd nəfərlə gəldiklərini qeyd edib.

"Köhnə attraksionlara minmək fürsətim olmayıb, lakin yeniləriniçox bəyəndim", - o əlavə edib.

Sakin Samir İbrahimov isə vurğulayıb ki, attraksionlardanistifadə üçün bilet qiyməti çox normaldır.

O, əlavə edib ki, yeni attrasksionların dizaynın çox bəyənib.Təhlükəsizlik qaydalarına əməl olunmasını xüsusilə qeyd edib.

Paytaxt
Paytaxt
Paytaxt
Paytaxt
Paytaxt
Paytaxt
Paytaxt
Məqalədə:
Seçilən
45
1
az.trend.az

2Mənbələr