AZ

Bölgələrdə dabaq xəstəliyinin yayılması təhlükəli hal alıbVİDEO

Heyvanların ağzından su axır, qızdırması olur, ağzında və ayaqlarında yaralar əmələ gəlir.

Xezerxeber.az xəbər verir ki, Astara rayonunun bır sıra kənd və qəsəbəsində fərdi, eləcə də fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyi yayılıb. Mal-qara arasında kütləvi xəstəlik əsasən rayonun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran və Ərçivan qəsəbəsində müşahidə olunur. Təsərrüfat sahibləri deyir ki, heyvanlarda xəstəlik təqribən 10 gündür ki, müşahidə olunmağa başlayıb.

Mal-qara arasında yayılan xəstəlik sakinlərə xeyli miqdarda maddi ziyan vurub. Onlar nə südü, nə də əti sata bilirlər. 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən  bildirildi ki, ölkədə heyvanların identifikasiyası və qeydiyyatı həyata keçirilir ki, bu sistem heyvan xəstəliklərinin aşkarlanması və onlarla mübarizənin təşkili, habelə heyvan mənşəli məhsulların qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinqlər keçirilir. Heyvanlardan diaqnostik nümunələr götürülərək laborator sınaqları həyata keçirilir. Toplanmış məlumatlar peyvəndləmə və digər profilaktik tədbirlərin görülməsi üçün yerli heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə göndərilir.

Qurumdan o da qeyd edilib ki, heyvan xəstəliklərinin qarşısının alınması üçün müvafiq dövlət orqanları məsələni daim diqqətdə saxlayır və mübarizə tədbirlərini davam etdirirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
13
xezerxeber.az

1Mənbələr