AZ

Millimiz 9 nəfərlə qalan rəqibi məğlub edə bilmədi

BAKI, 14 oktyabr. TELEQRAF

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət komandası ilə üz-üzə gəlib.

"Liv Bona Dea Arena" təşkil olunan matçda 3:3 hesablı heç-heçə qeydə alınıb.

Azərbaycan yığmasının heyətində Xəyal Əliyevlə (7, 49 - pen.) Şahin İbrahimov (79), rəqibdən isə David Uotson, (33) Luk Qrem (44) və Samuel Klil-Hardinq (90+1) fərqləniblər.

Şotlandiya seçməsinin müdafiəçisi Ceremi Çiloka-Mallen 46-cı dəqiqədə birbaşa, Adedire Mebude isə 90+1-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulublar.

Azərbaycan millisi 2 xalla 5-ci, rəqib isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr