AZ

Azay Möhnətovun kompensasiya maxinasiyası... - "Eurohome"də qalmaqal böyüyür/FOTO

"Eurohome" inşaat bazarında kompensasiya qalmaqalı davam edir.

Paytaxt.org Qaynarinfo-ya istinadən xəbər verir ki, 2019-cu ildə bazarda baş vermiş yanğın zamanı 200 000 manat ziyana düşən icarədar Rafiq Ocaqverdiyev ona ödəniləcək kompensasiyanı hələ ala bilmədiyinə görə müxtəlif qurumlara şikayətlərini davam etdirir.


Rafiq Ocaqverdiyev əməkdaşımızla söhbətində bildirib ki, "Eurohome" inşaat bazarının sahibi Azay Möhnətov 6 ilə yaxındır müxtəlif bəhanələrlə ona çatacaq kompensasiyanı ödəməkdən yayınır: "Hər dəfə bir bəhanə gətirir və yaxud da hər dəfə quru vədlər verir. 6 ildir ki, kompensasiyanı ala bilmirəm. Yuxarı instansiyalara müraciət etmişəm. Artıq cavablar gəlib. Güman edirəm ki, bu məsələ ciddi şəkildə araşdırılacaq və haqq-ədalət yerini tutacaq".


İcarədardan
Seçilən
120
paytaxt.org

1Mənbələr