AZ

Sərnişinin halı pisləşdi —Təyyarə təcili Bakıya endi

“Singapore Airlines” aviaşirkətinə məxsus, Mançester–Sinqapur marşrutu üzrə hərəkət edən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Bildirilir ki, buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən birinin səhhətində qəfil yaranan problem olub.

Təyyarə yerli vaxtla saat 19:45-də Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib, onun vəziyyəti qiymətləndirildikdən sonra əlavə tibbi yardım üçün aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.

Seçilən
47
35
demokrat.az

10Mənbələr