ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Sürücünün diqqətsizliyi yol-nəqliyyat hadisəsinə səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sevastopol şəhərində baş verən qəzanın görüntüləri kameraya düşüb.
Belə ki, “Qazel” markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini arxa-arxaya verərkən diqqətsizlik edərək 60 yaşlı qadını vurub. Zərbənin təsirindən qadın asfalta yıxılıb və yük maşını onun üstündən keçib. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.