AZ

Sabirabadda qəza ölümə səbəb olub

Sabirabadda baş verən yol qəzasında bir nəfər ölüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndi ərazisində qeydə alınıb. Sözügedən kənd sakini, 1964-cü il təvəllüdlü Əbilov Hacı Gülağa oğlu idarə etdiyi “QAZ”-3110 markalı avtomobili kəndin ərazisində elektrik dirəyinə çırpıb. Nəticədə sürücü xəsarət alaraq Sabirabad xəstəxanasına yerləşdirlib. Nəqliyyat vasitəsində olan sərnişin Əsgərbəyli kənd sakini, 1958-ci il təvəllüdlü Ağammədov Tofiq Hacıbala oğlu isə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
2
avtosfer.az

3Mənbələr