Rusiya Prezidenti Vladimir Putin deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə "böyük, həqiqətən də böyük" planlar var və onu həyata keçirəcəklər.
Rusiya lideri oktyabrın 10-da azərbaycanlı həmkarı ilə görüşdən sonra belə deyib.
O, Azərbaycan və Rusiya arasında gərginliyin artıq arxada qaldığını və hər iki ölkənin irəliyə baxmalı olduğunu bildirib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Video açılmırsa, YouTube kanalımızda baxın
Kreml rəhbəri həmçinin təyyarə qəzası ilə bağlı araşdırmaların artıq yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb.
"Bəzi detallar var ki, mütəxəssislər hələ də onun üzərində işləməlidirlər. Dünən Azərbaycan Prezidenti ilə bu barədə müzakirə apardıq. Mən səmimiyyətlə ümid edirəm ki, biz səhifəni çevirdik. Artıq irəliyə baxacağıq, hər hansı çətinlik olmadan əlaqələrimizi inkişaf etdirəcəyik. Böyük, həqiqətən də böyük planlarımız var və onları həyata keçirəcəyik", - Putin deyib.
Bakı və Moskva arasında münasibətlər ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra pisləşmişdi.