Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.
Trend Vətənmüharibəsinin oktyabrın 15-nə olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib;
- Prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Xocavəndin bir neçəkəndi işğaldan azad edilməsi ilə bağlı "Twitter"də (hazırkı "X")paylaşım edib;
- Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün"Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi" media qrupununbaş direktoru Dmitri Kiselyova müsahibə verib;
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti MehribanƏliyeva rəsmi "İnstagram" səhifəsində Ermənistanın Tərtərdə dəfnzamanı insanları atəşə tutması ilə bağlı paylaşım edib;
- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlərnəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli saydacanlı qüvvəsi və texnikası məhv edilib;
- Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejiminikobudcasına pozaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədirayonlarının ərazilərini atəşə tutub. Ermənistanın Tərtərdə qəbiristanlığıatəşə tutması nəticəsində həlak olanların sayı 4-ə çatıb;
- Ağdamın atəşə tutulması nəticəsində 2 nəfər xəsarət alıb;
- Ermənistanın hərbi hissə komandiri, polkovnik məhv edilib.