AZ

Zəfər xronikası. 15 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib (VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib.

Trendmüsahibəni təqdim edir:

- Cənab Prezident, əvvəlcə NTV adından Sizə çox təşəkküredirəm. Belə bir tarixi dövrdə - həm bölgə üçün, həm Azərbaycanüçün əhəmiyyətli günlərdə bu sıx qrafikinizdə bizi qəbul etdiyinizüçün çox təşəkkür edirəm.

- Sağ olun.

- Birinci sualım cəbhə xətti ilə bağlı olacaq, cənabPrezident. İşğal altındakı ərazilərin sentyabrın 27-dən bəri nəqədəri geri alındı? Çünki son iki gündə gözəl xəbərlər gəlməyəbaşladı.

– Bəli, xəbərlər gəlir. Azərbaycan Ordusu demək olar ki, hər günuğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətədə məlumat verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpaetməkdir. Ona görə döyüş meydanında da əsas hədəf stratejiyüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarətaltına almaqdır.

Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqınınövbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5kəndi işğalçılardan azad edildi. Onu da deyim ki, həm şimal, həmcənub və həm də şərq istiqamətlərində strateji yüksəkliklər artıqbizim nəzarətimizdədir.

Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, - əlbəttəki, hər gün bu rəqəmlər dəyişir, - təqribən 40-a yaxın, ya da ki,40-dan çox yaşayış məntəqəsi, - şəhərlər və kəndlər işğalçılardanazad edilmişdir. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoşxəbərlər gələcəkdir.

- Zənnimcə, Xankəndinə yaxınlaşdınız.

– Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərindəaparırıq. Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azadedilməsi çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. Cəbrayılrayonunun kəndlərinin böyük qismi artıq bizdədir. Eyni zamanda,Füzuli rayonunun bir çox kəndlərini işğalçılardan azad etdik.Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlərgələcək. Eyni zamanda, şimal istiqamətində Suqovuşan qəsəbəsininişğalçılardan azad edilməsi də çox uğurlu əməliyyat nəticəsində başvermişdir. O da strateji əhəmiyyətə malikdir. Çünki orada həmyüksəkliklər böyük əraziyə nəzarət etməyə imkan yaradır, həm dəorada çox önəmli su anbarı yerləşir. Eyni zamanda, Ermənistan bizəqarşı, su terroru təşkil etmişdir və bizim yüz mindən çox hektartorpağımızda su yox idi. Biz artezian quyuları qazmalı idik. İndiSuqovuşan qəsəbəsində yerləşən anbar bizim nəzarətimizə keçəndənsonra artıq böyük bir əraziyə su verilir.

Ona görə biz əməliyyatımızı tədricən, vahid bir planlamaəsasında aparırıq. Bütün hədəflər seçilib. Ermənistan tərəfi,sadəcə olaraq, bu reallıqla hesablaşmalı və təcavüzünüdayandırmalıdır, atəşkəsə əməl etməlidir və qalan torpaqlardan daöz xoşu ilə çıxmalıdır ki, qan tökülməsin və bundan sonra bu məsələsülh yolu ilə həll edilsin.

- Cənab Prezident, soruşmaq istərdim, hələ də atəşkəsdənsöhbət getməsi mümkündürmü? Gördüyümüz kimi, Ermənistan atəşkəsəəməl etmir, - Gəncəyə hücum zamanı mən də Gəncədə idim, - əməledəcək kimi də görünmür. Bu atəşkəs Azərbaycan Ordusunun sürətiniazaltdımı? Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, biz vasitəçilərə çox böyük bir jest etdik. Çünkibilirsiniz ki, ilk günlərdən bizə atəşkəslə bağlı müxtəlifyerlərdən mesajlar gəlirdi. Təbii ki, dünyanın öz qaydaları var,müharibənin öz qaydaları, öz qanunları var. Əgər sənə kimsə hücumedirsə, sən öz torpaqlarını, öz əhalini müdafiə etməlisən.Bildiyiniz kimi atəşkəs rejiminin tətbiq edilməsinin əsas səbəbihumanitar məsələlərdir. Bu istiqamətdə müəyyən işlər aparıldı. Bizcəsədlərin dəyişdirilməsi istiqamətində çox önəmli addımlar atdıq.Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara təşkilatını bu işlərə cəlbetdik. Ancaq təəssüf ki, Ermənistan bu atəşkəsdən istifadə edərək,bunu istismar edərək bizə yeni hücumlar təşkil etdi. Təkcə Gəncəşəhəri deyil, digər şəhər və kəndlərimiz də bombalandı. Bu,müharibə cinayətidir, bu, terror aktıdır. Ermənistan terror ölkəsikimi bir daha öz sifətini bütün dünyaya göstərdi, eyni zamanda,döyüş meydanında da. Atəşkəsdən sonra onlar bu imkanlardan istifadəetmək istədilər və Hadruta iki-üç dəfə hücum etdilər, Hadrutuyenidən işğal etməyə çalışdılar. Amma buna nail ola bilmədilər vəorada çox böyük canlı qüvvə və texnika itirdilər. Digəristiqamətlərdə - Cəbrayıl rayonunda, Cəbrayılın cənub istiqamətindəAraz çayı boyunca bizə qarşı yenə hücumlar təşkil edilmişdir. Bütünbu hücumlar təbii ki, dəf edildi. Bütün bunlar onu göstərir ki,Ermənistan danışıqlar masası arxasında da səmimi deyil. Ona görəəgər Ermənistanda bu çirkin siyasət davam edərsə, onlar özləripeşman olacaqlar. Mən bu döyüşlərin ilk saatlarından onlara vəerməni xalqına müraciət edərək demişdim ki, bu torpaqlardan sülhyolu ilə çıxın, qan tökülməsin, insanlar həlak olmasın. Ancaqtəəssüf ki, Ermənistan buna əməl etmir. Bu gün döyüş meydanındaErmənistan ordusunun tam darmadağın olmasında əsas günahkarErmənistanın hərbi-siyasi rəhbərliyidir.

- Qarabağ probleminin həllində Türkiyənin də iştirakınınvacibliyinə dair Sizin açıqlamanız var. Dünən cənab Ərdoğan iləPutinin danışığından sonra Minsk qrupu və ikitərəfli əlaqələrçərçivəsində həllə dair Ankarada açıqlama verildi. Ancaq dünənSergey Lavrov etiraz etdi, dedi ki, Türkiyə ilə biz - RusiyaQarabağ məsələsində fərqli mövqelərdəyik. Nə düşünürsünüz? Rusiyanə üçün Türkiyənin prosesə daxil olmasına, - bunu Siz dədəstəkləyirsiniz, - etiraz edir? Bu mövqe ilə nə deməkistəyir?

- Onu onlardan soruşsanız daha yaxşı olar. Mən onların buaçıqlamalarını şərh etmək istəməzdim. Sadəcə olaraq, biz mövcudreallıqları gərək nəzərdən keçirək. Bu reallıqlar, həqiqi vəziyyətondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədəhər hansı bir məsələ həll edilə bilməz. Bunu artıq son illərintarixi göstərmişdir. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər,bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın,Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusuolaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu,tarixən belə olubdur. Biz tarixi yaxşı bilirik.

Ona görə bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidənsiyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq vədəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdəolmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtdadayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki,faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünən cənab Ərdoğanın vəcənab Putinin danışığı bunu göstərir. Eyni zamanda, ondan əvvəlkigünlərdə Türkiyənin və Rusiyanın Xarici İşlər nazirlərinin, Müdafiənazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunumüzakirə edirlər.

Ona görə bizim mövqeyimiz bundan ibarətdir ki, Türkiyə mütləqolmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir. De-faktoartıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Minskqrupu da otuz il ərzində bir nəticəyə nail olmadı, otuz il ərzindəBirləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin icra olunmasınakömək etmədi. Bu vəziyyət faktiki olaraq münaqişənin dondurulmasınagətirib çıxardı. Ancaq nəticə etibarilə iyul ayında bizə edilənhücum, avqust ayında erməni təxribatçı qrupunun bizə göndərilməsivə nəhayət, sentyabr ayında genişmiqyaslı hücum göstərdi ki, bumünaqişə dondurulmuş məsələ deyil.

Biz mövqeyimizdə qalırıq və əlbəttə, ümid edirik ki, bu məsələtez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq buişlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır.

- Yenə həmin açıqlamada dedi ki, əgər iki ölkə -Azərbaycan və Ermənistan qəbul edərsə, təmas xəttinə, yəni cəbhəxəttinə rus hərbi müşahidə heyətini göndərə bilərik. Siz buna necəyanaşırsınız? Hərbi baxımdan belə bir müşahidə heyəti yaradılacaqsahansı ölkələr olmalıdır? Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, bu məsələ - sülhməramlı qüvvələrin bölgəyəgətirilməsi baza prinsiplərində təsbit olunub. Yəni, bazaprinsipləri arasında bu da var. Amma bu məsələ prosesin sonmərhələsində öz həllini tapmalı idi. Nəzərə alsaq ki, bazaprinsipləri razılaşdırılmayıb, hələ ki, onlar, sadəcə olaraq,müzakirə mövzusudur, indidən bu məsələyə fikir bildirmək, bilmirəm,nə dərəcədə düzgün ola bilər.

Bir də ki, bu məsələ Ermənistan-Azərbaycan arasında genişmüzakirə olunmadığı üçün sülhməramlı qüvvələrin kimdən təşkiledilməsi, hansı ölkələr orada olmalıdır, bunun tərkibi necə olacaq,bu, heç müzakirə olunmayıb. Ona görə indiki şəraitdə - münaqişəninfəal mərhələsi hələ ki, davam edir, bu, hesab edirəm ki, bir qədərtezdir. Əlbəttə ki, bu işdə Azərbaycanın sözü mütləq nəzərəalınmalıdır və alınacaq. Çünki hər kəs bilməlidir ki, bu günmünaqişə Azərbaycanın torpaqlarında gedir. Beynəlxalq hüquqbaxımından bu, bizim torpağımızdır, tarixi ədalət baxımından bu,bizim torpağımızdır və Azərbaycana hər hansı bir başqa ölkəninsilahlı qüvvələrinin gətirilməsi Azərbaycanın razılığı olmadanmümkün deyil.

- Ona görə soruşdum, misal üçün Türkiyə və RusiyaSuriyada müəyyən bölgələrdə müəyyən əməkdaşlıq edirlər, hərbiheyətlər, müşahidəçilər patrul xidməti həyata keçirir. Bəlkəgələcəkdə belə bir format təklif edilərsə, bu barədə nə deyəbilərsiniz?

- İndidən bu barədə bir şey söyləmək istəməzdim. Çünki mənhadisələri qabaqlamaq istəmirəm. Hər bir məsələnin həlli üçünmünasib zaman olmalıdır, münasib vəziyyət yetişməlidir. Bu, nəzaman olacaq, biz bunu deyə bilmərik, olacaqmı, olmayacaqmı deyəbilmərik. Amma bir şey qətidir, artıq bu hərbi qarşıdurma başaçatandan sonra təbii ki, sülhü təmin etmək üçün müəyyən beynəlxalqcəhdlər də olmalıdır. Bu cəhdlər hansı cəhdlər olacaq, siyasicəhdlər, hərbi sahədə hansısa bir təkliflər, bunu biz nəzərdənkeçirməyə hazırıq. Təbii ki, azad edilmiş ərazilərə qayıdacaqAzərbaycan əhalisi də sülh şəraitində yaşamalıdır. Onlarıntəhlükəsizliyi təmin edilməlidir. Bax, Ermənistanın Ermənistanərazisindən Gəncə şəhərinə törətdiyi o xain hücum göstərir ki, buterrorçu dövlət hər şeyə əl ata bilər. Ona görə təbii ki, bu məsələbeynəlxalq müstəvidə müzakirə edilməlidir. Ancaq bunun nə zamanolacağı haqqında bir şey deyə bilmərəm.

- Cənab Prezident, Türkiyə ilə müəyyən çərçivələrdəhərbi razılaşmalar var. Bu razılaşmalar çərçivəsində, ya da yenirazılaşmalara əsasən Azərbaycanda bir Türkiyənin hərbi bazasınınqurulması fikrinə necə baxırsınız? Belə bir fikrinizvarmı?

- Bu haqda bu günə qədər bizim ikitərəfli əlaqələrdə məsələlərmüzakirə olunmamışdır. Bizim Türkiyə ilə çox geniş hüquqi sənədlərbazası var. Yəni, bir çox sahələrdə bizim imzaladığımız müqavilələrqüvvədədir, o cümlədən bu müqavilələrdə hərbi sahədə işbirliyi vəqarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır.Əgər belə bir vəziyyət, Azərbaycan üçün çox ciddi təhlükəyaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz buimkanlardan istifadə edə bilərik. Amma Türkiyənin hərbi bazasınınAzərbaycanda yaradılması haqqında hər hansı bir müzakirəolmamışdır. Bizim hərbi sahədə işbirliyimiz ildən-ilə güclənir.Təkcə keçən il 10 birgə hərbi təlim keçirilmişdir. Bu ilkoronavirusa görə bir az ara verildi. Yalnız iki dəfə təlimkeçirilmişdir. Ancaq bu təlimlər də bizim bölgəmizdə böyüknarahatlıq yaratdı. Hesab edirəm ki, bu narahatlığın heç birsəbəbi, heç bir əsası yoxdur. Çünki bu təlimlər hər hansı birölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizimhərbi sahədə işbirliyimizin möhkəmləndirilməsi, AzərbaycanOrdusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarınayaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbəttəcrübəsinin öyrənilməsi mənasını daşıyır. Ona görə Türkiyəninhərbi bazası ilə bağlı sentyabrın sonundan bu günədək beynəlxalqmediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsasıyoxdur. Türkiyə-Azərbaycan işbirliyi o qədər güclüdür, o qədərgenişşaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq.Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizəgüvənir.

- Problemin həllində Siz ya sülh yolu ilə müzakirətərəfdarısınız, ya da müharibə apararaq bu işi həll edəcəksinizdeyirsiniz. Ruslar, Moskva isə dünən hərbi həlli qəbul etmirikdedi. Bunu necə dəyərləndirirsiniz, yəni əməliyyatı dayandırındeyirsə, dayandıracaqmısınız?

- Bilirsiniz, biz artıq bir neçə dəfə bu məsələ ilə bağlı özmövqeyimizi açıqladıq. Mən də bunu söylədim, yenə də mən özfikrimdə qalıram ki, demək olar bütün yerlərdən bizə ünvanlananmesajlar, təkcə bu dövrdə deyil, bundan əvvəlki dövrdə də buməsələnin hərbi həlli yoxdur. Biz də buna necə deyərlər, vaxtındanəvvəl heç bir reaksiya vermirdik. Onlar belə söyləyir, söyləsinlər,onların fikri budur, bizim də fikrimiz odur ki, bu, sülh yolu iləhəll olunsun. Ancaq həll olunsun. Amma biz nə gördük, bu 30 il heçbir nəticə vermədi. Otuz il ərzində bu atəşkəs rejimində Ermənistanişğal edilmiş torpaqlarda güclü mühəndis-istehkam qurğularıqurmuşdur. Bu gün Azərbaycan Ordusunun peşəkarlığı və cəsarətinəticəsində biz o istehkamları yarırıq. Otuz il ərzində Ermənistansülhə yox, bu torpaqları daim işğal altında saxlamağa səygöstərmişdir. Çünki əgər sən sülhə meyilli olsaydın, niyə Füzulidə,niyə Cəbrayılda, yaxud da ki, Ağdam istiqamətində bu istehkamlarıqurursan? Qurursan ki, daim bu torpaqları öz nəzarətin altındasaxlayasan. Yəni, bu sülh, atəşkəs prosesi buna gətirib çıxardı.Ondan sonra Ermənistan rəhbərliyi daha da azğınlaşdı. Baxın,Paşinyan nələr söyləyirdi, onun müdafiə naziri nə söyləyirdi?Müdafiə naziri söyləyirdi ki, biz Azərbaycanla yeni müharibəaparacağıq, yeni torpaqlar uğrunda yeni müharibə. Bu, bizə qarşıaçıq hədə idi. Paşinyan deyirdi ki, "Qarabağ Ermənistandır vənöqtə". Yəni ki, bir santimetr torpaq bizə verilməyəcək. O zamanhansı sülh yolları ilə bunun həlli mümkündür? Mən isə deyirdim ki,biz indi məsələnin hərbi yollarla həlli prosesindəyik. Bizistəyirik ki, bu proses nə qədər tez olsa bitsin və ondan sonradiplomatik proses başlasın. Yəni, bizim yanaşmamız budur ki, buməsələ hərbi-siyasi yollarla çözülsün. Tək hərbi yolla həll ediləbilməz. Mən bunu qəbul edirəm. Çünki fəal toqquşma prosesindənsonra tərəflər gərək sülh müqaviləsi haqqında düşünsünlər və bunuetsinlər. Yəni, siyasi yollar olacaq. Ona görə hərbi-siyasi yol ənməqbul yoldur. Biz hərbi yolu dayandırmaq istəyirik. AncaqErmənistan hələ də düşünür ki, itirilmiş, yəni, bizim azadetdiyimiz torpaqları geri qaytaracaq. Ona görə döyüş meydanında dabizə daim hücum edir.

- Cənab Prezident, o zaman bunu anlayıram ki, qarşıtərəf masaya oturmağa razı olana qədər siz cəbhədəirəliləyəcəksiniz.

- Biz irəliləyəcəyik. Bir də ki, onlar gərək atəşkəsə riayətetsinlər. Çünki onlar atəşkəsi pozdular. Günorta saat 12-dənatəşkəs elan edildi. Biz bütün hərbi birləşmələrimizə çox ciddi əmrverdik ki, atəşkəsə riayət edin, dayandırın. Halbuki bunu etmək oqədər də asan deyil. Biz saat 12-də dayandıq, amma onlar dayanmadı.Ondan sonra təqribən 1 saat ərzində biz yenə də özümüzü müdafiəetmək üçün hərəkətə keçdik və yenə də bir neçə kəndi azad etdik.Ona görə Ermənistan nəhayət anlamalıdır ki, bu yolla o, heç nəyənail olmayacaq. Yalnız atəşkəsə onlar əməl etməlidirlər. Hesabedirəm Ermənistan rəhbərliyi bu məsələ ilə bağlı yeni bir açıqlamaverməlidir ki, onlar atəşkəsə sadiqdir və buna əməl edirlər. Ozaman biz də dayanaq. Amma əlbəttə proses daha illər boyunca davamedə bilməz. Ondan sonra bizə təqvim verilməlidir. Biz Moskvagörüşlərində təqvim üçün o qədər də israr etmədik. Çünki bir günərzində bunu razılaşdırmaq çətin bir işdir. Biz bunu anlayırıq.Ancaq sülh prosesi başlanan kimi gündəlikdə duran ilk məsələ təqvimməsələsidir. Tarixlər verilməlidir. Hansı tarixlərdə qalantorpaqlardan erməni silahlı qüvvələri çıxır və biz bu torpaqlaragiririk. Əks təqdirdə, biz davam edəcəyik, dediyim kimi sonaqədər.

- Yəni, bunu başa düşürük, əgər Ermənistan hücumlarıdayandırarsa, atəşkəs həyata keçərsə yeni bir müzakirə prosesibaşlayır və zəmin formalaşdırılacaq. Moskvadakı müzakirədə başadüşdüyümüz qədər Minsk 2007, 2009, 2012 Madrid prinsiplərindən bəhsolunmadı. Amma o prinsiplərin ilk maddəsi, səhv etmirəmsə, yeddirayondan geri çəkilməklə bağlı idi.

- Bəli, doğrudur.

- Siz o prinsipləri hələ də gündəmdə saxlayırsınızmı,yoxsa, onları yeniləmək lazımdır?

- Yox, onları gündəmdə saxlayırıq. Mən bunu artıq açıqlamışam.Biz Madrid prinsipləri adlandırılan təməl prinsiplərə sadiqik.Çünki bu prinsiplər bizim maraqlarımıza cavab verir. Onsuz daErmənistan bu prinsipləri qəbul etmədiyi barədə artıq açıqlamavermişdir. Mənə verilən məlumata görə, Ermənistanın baş naziridünən, ya ondan əvvəlki gün belə bir açıqlama vermişdi ki, bu,onlar üçün keçərli deyil. Yəni, kim danışıqlar prosesini pozur?Ermənistan. Biz indi torpaqlarımızı azad edirik. Biz bayrağımızıartıq şəhərlərimizi əhatə edən dağlara sancırıq, şəhərlərimizdəmövcud olan binalara sancırıq, biz zəfər marşındayıq. Belə olanhalda baza prinsiplərinə sadiqlik göstərmək çox böyük siyasi iradəvə məsuliyyət tələb edir. Ona görə biz bu baza prinsiplərinəsadiqik. Siz dediyiniz kimi orada göstərilib ki, 5 rayon birincimərhələdə, ondan sonra 2 rayon, ondan sonra Dağlıq Qarabağıngələcəyi ilə bağlı söhbət aparılacaq. Azərbaycan köçkünləri DağlıqQarabağa, o cümlədən Şuşaya qayıtmalıdırlar, - çünki Şuşanınəhalisinin 98 faizi azərbaycanlılar idi, - Xankəndiyəqayıtmalıdırlar və ondan sonra necə ki, Azərbaycanın başqayerlərində, Bakıda, başqa şəhərlərdə azərbaycanlı və erməni əhalibir yerdə yaşadıqları kimi orada da bir yerdə yaşayacaqlar. Bizimmövqeyimiz budur. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradanqovmaq, - necə ki, bunu etdilər, - sonra azərbaycanlılara imkanverməmək ki, qayıtsınlar, - orada etnik təmizləmə siyasətininnəticələrini möhkəmləndirmək, bizim tarixi, dini, mədəniabidələrimizi yerlə-yeksan etmək, azərbaycanlıların mədəni irsinisilmək və ondan sonra bu torpaqları erməniləşdirməkdir. Bax,onların yanaşması budur, bizim yanaşmamız isə budur.

- Daha fərqli bir sualım da var. Dünən Paşinyan biraçıqlama verdi, Azərbaycan Ordusu şimaldan və cənubdan irəliləyir,Sizin də söylədiyiniz kimi. Dedi ki, biz, əslində, bir taktikaolaraq oradan çəkildik. Bu barədə nə deyə bilərsiniz?

- Bu, Paşinyanın növbəti yalanıdır. Bilirsiniz, hər birməsuliyyətli adam gərək yalan danışmasın. Hər bir insan. Xüsusiləsiyasətçi, xüsusilə ölkə başçısı. Bu, heç bir insana yaraşan deyil.Onun isə bütün əməli, bütün sözü yalandır - tarixlə bağlı, bumünaqişə ilə bağlı, bu gün baş verən hadisələrlə bağlı. O, əgərbunları bilmirsə, o zaman necə ali baş komandan olur? Əgər realdurumu ona demirlərsə, o zaman o, öz hərbi rəhbərlərinə iradtutmalıdır. Əgər bilib yalan danışırsa, - mən daha çox bu versiyayainanıram, – o zaman bu, böyük ayıbdır.

Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə erməni ordusunaçox sarsıdıcı zərbələr endirib. Mən bəzi açıqlamalar da verdim vəbu rəqəmlər hər gün dəyişir. Dünənə olan dəqiq məlumata görə, 200erməni tankı məhv edildi, 33 erməni tankı qənimət götürüldü, -Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikasıyoxdur, - 33 tank, özü də saz vəziyyətdə, indi bizim ordumuzdadır.Ondan sonra 2 ədəd S-300 hava hücumuna qarşı müdafiə sistemi məhvedildi, 35 ədəd OSA hava müdafiə sistemi məhv edildi, KRUQ KUB vəbaşqa texnikalar. Beləliklə, erməni ordusunun texniki təchizatı çoxsarsıldı, yəni çökür. Biz irəliləyirik, hər dəfə yeni torpaqlarıazad edirik və bu, reallıqdır. Yaxın vaxtlarda yeni açıqlamalarolacaq və bu onları daha da sarsıdacaq. Erməni xalqı da həqiqətibilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni xalqıəgər real vəziyyəti öyrənmək istəyirsə bizə qulaq assın, bizieşitsin.

- Cənab Prezident, başa düşdüyümə görə otuz illikproblem həll ediləcəkmi? Mənə elə gəlir ki, həll ediləcək, amma mənSizdən soruşmaq istəyirəm. 1990-cı illərdən bəri davam edən buişğal problemi bu dəfə həll ediləcəkmi, yoxsa, hər kəs bir nöqtədəduracaq, bir status-kvo formalaşacaq və o status-kvo davamedəcəkmi? Tam həll reallaşacaqmı, reallaşmayacaqmı? Bəlkə erkən birsualdır, amma nə deyə bilərsiniz?

- Məncə artıq həll edilir. Hesab edirəm ki, beynəlxalqtəşkilatlar və bu məsələ ilə yaxından məşğul olan ölkələr bunugörürlər və bu, yeni reallıqdır. Bu yeni reallığı biz təşkil etdikvə bu məsələ həll olunur. Çünki baza prinsiplərində göstərilmişdirki, birinci mərhələdə 5 rayon bizə qaytarılır. Onlardan artıq 2rayonun böyük qismi, tam deyil hələ, amma böyük qismi artıqbizdədir. Əgər Ermənistan yenə də mənfi davranış nümayiş etdirərsə,ümid edirəm ki, yaxın gələcəkdə digər rayonlar da bizdə olacaq. Bu,məsələnin həlli deyilmi? Yəni, biz, əslində, baza prinsiplərinidöyüş meydanında həyata keçiririk, gerçəkləşdiririk. Minsk qrupubuna nail ola bildimi? Xeyr, ola bilmədi. Ona görə bu məsələninhəlli, bir daha demək istəyirəm ki, hərbi-siyasi yollarlamümkündür. Hərbi yol hazırda baş verir, biz istəyirik ki, nə qədərtez olursa-olsun, bitsin, ondan sonra siyasi proses başlansın vəbaza təməl prinsipləri də əsas olsun.

Məsələnin həll edilməməsinin səbəbi, ilk növbədə, beynəlxalqtəşkilatların öz qərarlarına hörmətsiz yanaşmasıdır. ÇünkiBirləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bildiyinizkimi, 1993-cü ildə 4 qətnamə qəbul etmişdir və orada göstərilir ki,erməni silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz, yəni, heçbir şərt qoymadan çıxmalıdır, tam həcmdə. Amma bu, icra edildi?Edilmədi. Sonra Minsk qrupu yaradıldı, ondan bir il öncə yaradıldı,28 il ötdü, bir şey oldu? Olmadı. Yəni, bizə elə gəldi ki, sankibeynəlxalq təşkilatlar münaqişənin bu vəziyyətdə saxlanmasınatərəfdardırlar ki, necə var elə də qalsın. Azərbaycan köçkünləriəbədi olaraq belə vəziyyətdə qalsın. Ermənistan işğal edilmiştorpaqlarda daha da möhkəmlənsin. Bilirsiniz, orada qanunsuzməskunlaşma aparılırdı. Qanunsuz! Bu, hərbi cinayətdir. Bu, CenevrəKonvensiyasına zidd olan məsələdir. Onlar erməniləri SuriyadanDağlıq Qarabağa, Şuşaya köçürürlər, onlara imkan yaradırlar, pulverirlər və artıq bunu televiziyalarda açıq nümayiş etdirirlər.Yəni, bu, beynəlxalq müstəvidə qəbul edilmiş cinayətdir. Onlarınistəyi budur ki, vaxt keçsin, Azərbaycan xalqı bu torpaqlardanəlini üzsün. O torpaqları görməyən yeni nəsil yetişəcək və o nəsiloraya qayıtmaq istəməyəcək. Azərbaycan bu vəziyyətlə barışacaq,bununla paralel olaraq, ermənilər başqa ölkələrdən orayagətiriləcək, orada erməni əhalisi çoxalacaq, sabah da deyəcəklərki, "bilirsiniz, artıq reallıq budur, barışın". Bu idi onlarınməqsədi və təəssüf ki, onların hamiləri, onların havadarları buişlərdə onlara yardımçı olmuşlar. Biz bu məkrli, çirkin planlarıməhv etdik. Biz yeni reallıq yaratdıq. Bu gün gərək hər kəs bureallıqla razılaşsın və barışsın.

- Mən Sizə bir mesaj da gətirdim. Tərtərdə bombardmanzamanı sığınacağa girmişdik. Bir vətəndaş vardı, məcburi köçkün,oradan köçmüş. Reportaj hazırlayarkən dedi ki, artıq mən köçkündeyiləm. Dedi ki, mən azad bir vətəndaşam, Suqovuşandan gəlmişdi.Dedi, əgər Prezidentlə qarşılaşsanız, ona hörmətimizi, sevgimizi vəsalamlarımızı çatdırın. Anladığımıza görə, regionda balanslar artıqdəyişib. Yəni, əvvəlki balanslar – status-kvo yoxdur. Daha dadəyişəcək. Həm dünyaya, həm də Türkiyəyə hansı mesajlar verməkistərdiniz?

- İlk növbədə, istəyirəm ki, həmin vətəndaşa sizin televiziyavasitəsilə öz sözlərimi deyim. Mən şadam ki, bu gün onun kimi busözləri deyən minlərlə insan var. Onlar sevincdən göz yaşlarıtökürlər, deyirlər ki, mən artıq köçkün deyiləm. Mən bu köçkünlükvəziyyətindən canımı qurtarmışam. Bilirsiniz, mənə minlərlə məktubgəlir. Bu məktubları oxuyanda, sözün düzü, mən də bəzi hallardasevinc göz yaşlarımı saxlaya bilmirəm. O məktublarda o qədərsəmimi, o qədər isti, o qədər qürurverici sözlər yazılır və mənəmesaj kimi çatdırılır. O məktubları oxuyanda bir daha görürəm ki,Azərbaycan xalqı nə qədər böyük xalqdır. Uzun illər belə vəziyyətdəyaşamaq, ancaq ümidlərlə yaşamaq, ümidlərlə ki, gün gələcək vəonlar öz dədə-baba ocağına qayıdacaqlar. Bu, doğrudan da böyükfədakarlıqdır. Mən çox xoşbəxtəm ki, bu qələbə sevincini bizhamımız bizim insanlara bəxş edə bildik.

Bir daha demək istəyirəm, məna artıq bunu demişəm, orada hər şeydağılıb. İnşallah, bu hərbi toqquşma başa çatandan sonra siz də,biz hamımız da - bütün insanlar gedib görəcəklər ki, ermənilərorada hansı vəhşiliyi törədiblər. Bütün şəhərlər darmadağın edilib,yəni, Stalinqraddan da pis mənzərə. Evlər dağıdılmış, bizim bütünəmlak talan edilmiş, çərçivələr, qapılar sökülmüş, yəni talançılıq.Heç nə yoxdur. İndi Füzulinin kəndlərindən bizim əsgərlərimiz xəbərverir, materiallar göndərir. Füzuli şəhəri də artıq bizim gözümüzünqabağındadır. Orada bir dənə də salamat bina tapmaq mümkün deyil.Yəni, bu vəhşiliyi törətdilər. Amma köçkünlərimiz bilirlər ki, bizo şəhərləri, kəndləri bərpa edəcəyik. Evləri inşa edəcəyik. Onlaroraya qayıdacaq və sülh, əmin-amanlıq şəraitində öz dədə-babatorpaqlarında yaşayacaqlar.

O ki qaldı, bölgədə mövcud olan duruma, təbii ki, durum dəyişir.Əgər son illər ərzində bizim bölgəmizdə daha geniş mənada dəyişənmənzərəyə nəzər salsaq, görərik ki, bir çox yeniliklər var.Əvvəllər sanki bir doğmalar var idi - bu ölkələr müttəfiqdir, buölkələr müttəfiq deyil, yaxud da ki, bunlar bir-birinə qarşıdır.Ancaq indi bu dəyişdi. Misal üçün NATO üzvü olan Türkiyə indiRusiya ilə çox səmərəli əməkdaşlıq edir, həm Suriyada, həmLiviyada, başqa yerlərdə və eyni zamanda, artıq danışdığımız kimibizim bölgəmizdə. Bu, bir yenilikdir. Bunu 10 il bundan əvvəl kimsədesəydi bəlkə də inanmazdıq. Eyni zamanda, NATO-nun daxilində bəziölkələr arasında münasibətlər o qədər də səmimi deyil. Bu da biryenilikdir. Orada sanki həmrəylik pozulur. Avropa İttifaqı iləəlaqədar olan hadisələr. Kimin ağlına gələ bilərdi ki, BöyükBritaniya Avropa İttifaqından çıxacaq və ondan sonra bir böhranyaranacaq. Heç kimin ağlına gələ bilməzdi. Yəni, ənənəvifərziyyələr artıq yoxdur. Hansı ölkə buna daha tez uyğunlaşsa, oölkə də öndə olacaq.

Bizim siyasətimiz hər zaman praqmatik olub - real durumu düzgüntəhlil etmək, öz maraqlarımızı düzgün təsbit etmək. Bu maraqlaranecə nail olacağıq, bunu düşünmək, taktikamızı yaratmaq, stratejibaxış çərçivəsində taktiki gedişlərdə düzəlişlər etmək. Ancaqbununla bərabər prinsipial mövqeyimizdən dönməmək. Bu siyasət bugün bizə uğur gətirir. Mən hesab edirəm ki, Türkiyə və Azərbaycandünyanın yeni nizamına daha tez hazır olmuş ölkələr sırasındadır.Eyni zamanda, Türkiyə bu gün dünya miqyasında böyük güc kimidünyanın yeni nizamının formalaşmasında çox fəal rol oynayır. Təkcəbizim regionda deyil, dünyada.

O ki qaldı, bizim regionumuza, artıq Türkiyə-Azərbaycan birliyibir reallıqdır. Bununla hər kəs barışmalıdır. Nə qədər çox vaxtkeçsə, bizim birliyimiz daha da güclənəcək. Çünki Türkiyəninpotensialı, Azərbaycanın təbii resursları, bizim aramızda olannəqliyyat layihələri, Türkiyə və Azərbaycan vasitəsilə Avropanınenerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, OrtaAsiyadan, Əfqanıstandan Azərbaycan və Türkiyə ərazilərindən yeninəqliyyat layihələrinin icra edilməsi - bütün bunlar yenilikdir.Yeni bir nəqliyyat xəritəsi mövcuddur. Yeni enerji xəritəsimövcuddur. Mən gələcəyi çox nikbin görürəm. Mən əminəm ki, bizistədiyimizə nail ola biləcəyik. Çox şadıq ki, bizim Türkiyə kimiqardaş ölkəmiz var, güclü dövlət var, sözünü deyən, maraqlarınımüdafiə edən, heç kimdən çəkinməyən və irəliyə gedən. Bu, bizimgücümüzü artırır. Türkiyə üçün Azərbaycan, Azərbaycan üçün Türkiyəbir nömrəli müttəfiqdir. Bu, böyük sərvətdir. Bu hadisələr biziməlaqələrimizi daha da möhkəmləndirdi.

- Cənab Prezident, sonuncu sualım olacaq, çox qısa. Budəfə dayanmayacağıq deyirsiniz və bizim şərtlərimiz işğal altındakıtorpaqlar azad edilənə qədər gedəcəyik deyirsiniz. Sizi səhvanlamadım ki?

- Yox, doğru anladınız. O mənada ki, bizim son hədəfimizdəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar, dünyabirliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin edilməlidir. Bizdöyüş meydanında dayanmağa hazırıq. Əgər Ermənistan buna hazırolarsa və bizə təqvim verilərsə, biz sabah dayanmağa hazırıq. Ancaqproses olaraq biz dayanmayacağıq. Biz istəyirik ki, artıq hərbiproses siyasi prosesə çevrilsin. Ermənistan buna hazırdırsa vəbeynəlxalq təşkilatlar, böyük ölkələr Ermənistanı inandırabilərlərsə, bu, daha tez bir zamanda olacaq. Yox, o zamanAzərbaycan Ordusunun zəfər yürüşü davam edəcək.

- Cənab Prezident, mən 1993-cü ilin ilk aylarında buradacəbhə bölgəsində idim. 1994-cü ildə rəhmətlik dövlət başçısı cənabHeydər Əliyev ilə görüşdüm. Bakıda bura o zaman yox idi,deyəsən.

- Eləmi? Görüşdünüz? Bu, yox idi, bu, sonra inşa edildi.

- Bu gün də Sizinlə görüşdüm, yəni, iki dövlət başçısıilə görüşdüm. 1993-cü ildə cəbhədəki vəziyyətlə indiki vəziyyət çoxfərqlidir, xeyli çox fərqlidir. Bunu da gördük.

- Doğrudur.

- Sizə çox təşəkkür edirəm. Sonda bir mesajınız, ya daki, sözləriniz varsa, onu da eşitmək istəyirəm. Qəbul etdiyiniz vəsuallarımızı cavablandırdığınız üçün həm NTV, həm də öz adımdan çoxtəşəkkür edirəm.

- Çox sağ olun. Mən də təşəkkür edirəm, NTV–nin bütünəməkdaşlarına salamlarımı çatdırın. Azərbaycanda türk kanallarıəvvəllər də izlənilirdi, bu dövrdə demək olar ki, daha genişauditoriyaya malikdir. Mən özüm də hər səhər tezdən televizoruaçanda, o cümlədən türk kanallarına da baxıram, o cümlədən NTV-yə.Bu günlər ərzində Türkiyə mətbuatında və Türkiyə cəmiyyətində bizəgöstərilən dəstək və həmrəylik əsl qardaşlıq təzahürüdür. Biz birdaha gördük ki, atamın məşhur kəlamı "Bir millət, iki dövlət",sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Bu reallığı bizyaratdıq.

Bilirsiniz, dünyada bir çox ölkələr var ki, o ölkələrin xalqlarıbir-birinə yaxındır - etnik, dini, mədəniyyət, dil baxımından.Ancaq bu, o demək deyil ki, o ölkələr arasında möhkəm işbirliyi,qardaşlıq olsun. Belə misallar çoxdur, siz də bunu yaxşıbilirsiniz. Bizim üstünlüyümüz odur ki, Türkiyə və Azərbaycanprezidentləri - əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə birlikdə butəməl - ortaq tarix, etnik köklər və dil üzərində elə bir möhkəmbina inşa etdik ki, bu, əbədi qalacaq. Bizdən sonra gələn nəsillərdə hərəsi bu binanın üstünə bir daş qoyarsa, bu möhtəşəm bir binaolacaq - Türkiyə-Azərbaycan qardaşlığı binası. Mən bütünqardaşlarıma, Türkiyədə yaşayan bütün insanlara Azərbaycan xalqıadından dərin təşəkkürümü bildirirəm. Biz gördük ki, biz təkdeyilik. Qardaşım Tayyib bəyin dediyi kimi, Azərbaycan hər zamanbilməlidir və bilir ki, Türkiyə onun yanındadır və bu, bizə gücverir.

Eyni zamanda, onu da bir daha demək istəyirəm, bu gün başqaölkələrin bu işlərə qarışmamasının əsas səbəbi də ilk saatlardanhörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarıdır ki,Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, işin sonunaqədər də yanında olacaq.

Bir daha təşəkkür edirəm və bütün türk qardaşlarıma xoşbəxtlik,rifah arzulayıram.

- Çox təşəkkür edirəm, cənab Prezident.

- Sağ olun.

Məqalədə:
Seçilən
107
4
az.trend.az

6Mənbələr