Abşeronda qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.
2005-ci il təvəllüdlü Elmir Axundov naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb. (report.az)
***
08:18
Abşeronda 20 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
News24.az-ın əldə etdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
09:59
Ağır xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə News24.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, oktyabrın 15-də saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.