Bakı. Trend:
AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq vəbadamın ixracına dair Protokol layihəsi imzalanıb
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin Çin Xalq Respublikasına (ÇXR) səfərləri ikitərəfliəlaqələrə yeni təkan verib, dövlətlərarası münasibətlər stratejitərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Çin Sədri Si Cinpininirəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənölkələrdən biridir.
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AzərbaycanRespublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndəheyəti Çinə səfər edib. Məqsəd Azərbaycanın qida məhsullarınınixrac coğrafiyasının şaxələndirilməsidir. Belə ki, dünya bazarındayüksək keyfiyyəti və zəngin dadı ilə seçilən, Azərbaycandayetişdirilən fındıq və badam artıq Çinə də ixrac olunacaq. Bununlaəlaqədar AQTA ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasındakeçirilən görüşdə “Azərbaycan Respublikasından Çin XalqRespublikasına ixrac edilən fındıq və badamın yoxlanılması,karantini və sanitariya tələblərinə dair Protokol” layihəsiimzalanıb. Həmçinin tərəflər “İdxal və İxracda Qida Təhlükəsizliyisahəsində Əməkdaşlıq Mexanizmi üzrə Sənəd Layihəsi”niimzalayıblar.
Görüşdə quş əti, akvakulturada yetişdirən və vəhşi təbiətdənəldə olunan dəniz məhsulları, albalı, alma, xurma və narın ixracıilə bağlı məsələlər müzakirə olunub. Əldə olunmuş razılaşmalarAzərbaycan məhsullarının ixracını həyata keçirmək istəyənsahibkarlar üçün geniş imkanlar açır.
Qeyd edək ki, AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov vəsədrin müşaviri Elxan Mikayılov Şanxayda keçirilən “Bir kəmər, biryol” təşəbbüsü çərçivəsində idxal və ixracda qida təhlükəsizliyisahəsində əməkdaşlığa dair konfransda iştirak edirlər.