AZ

"Araz-Naxçıvan"ın futbolçusu dünya çempionatında oynayacaq

Kabo-Verde yığması dünya çempionatına vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Bubiștanın rəhbərlik etdiyi komanda DÇ-2026-nın seçmə mərhələsinin 10-cu turunda Esvatini yığmasını 3:0 hesabı ilə məğlub edib və qrup mərhələsini 23 xal toplayaraq birinci yerdə başa vurub.

Kabo-Verde yığması tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək. DÇ-2026 gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

"Araz-Naxçıvan"ın üzvü Patrik Andrade də Kab-Verde millisində çıxış edir. Andrade bu görüşün iştirak ərizəsinə salınmayıb.

"Qarabağ"ın kabo-verdeli futbolçusu Leandro Andrade isə ötən il millidə çıxış etməkdən imtina etmişdi.

Seçilən
67
sportinfo.az

1Mənbələr