Bu gün səhər saatlarından metro qatarlarının hərəkətində gecikmələr qeydə alınıb. "Bakuinfo" xəbər verir ki, qatarlar dəfələrlə tunel və platformalarda dayanıb. Bu problemin səbəbi ilə bağlı sərnişinlərə heç bir məlumat verilməyib. Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiqləyib. O qeyd edib ki, qatarların yubanması sərnişinlərin qapıları saxlaması nəticəsində baş verir. "İnterval azaldıqdan sonra hər saniyənin xüsusi əhəmiyyəti olur. Bizdə ən ağır sahə isə "Dərnəgül"-"Nizami" sahəsi hesab olunur, çünki "Nizami" stansiyası ilə "İnşaatçılar" stansiyası arasındakı xətdə xüsusi maillik var. Qarşıdakı stansiyada qatarın gecikdirilməsi səbəbindən arxadan gələn qatarların yubanması, stansiyada dayanması və yaxud stansiyaya aşağı sürətlə daxil olması gecikmə effekti yarada bilir. Arxadan gələn qatarlar tuneldə ard-arda düzülməyə başlayır. Hazırda çalışırıq maksimum tənzimlənmə həyata keçirilsin. Yəni ajiotaja səbəb olacaq xüsusi bir təhlükə və məqam yoxdur. Tənzimlənmənin maksimum operativləşməsi üçün işlər görülür", - deyə B.Məmmədov bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta