AZ

Bakıda Azərbaycan Belarus biznes forumu keçirilir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 15 oktyabr, AZƏRTAC

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Belarus Ticarət və Sənaye Palatasının Minsk bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç iki ölkə arasında qurulan sıx münasibətləri vurğulayıb, Belarus ilə Azərbaycanın mövcud əməkdaşlıq potensialını yüksək qiymətləndirib.

Tədbirdə hər iki ölkədən rəsm şəxslərlə yanaşı, logistika, tikinti, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən 40-dək şirkət nümayəndəsi iştirak edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
96
2
azertag.az

3Mənbələr