AZ

Azərbaycan və Belarus arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı 140-dan çox sənəd imzalanıb

Bakı. Trend:

Azərbaycan və Belarus ölkələr arasında ticarət-investisiya vəsənaye əməkdaşlığını tənzimləyən 140-dan çox sənədimzalayıblar.

Trend xəbər verirki, bu barədə Azərbaycan Respublikası İxracın və İnvestisiyalarınTəşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini TuralHacılı Bakıda keçirilən Azərbaycan-Belarus biznes-forumundabildirib.

O qeyd edib ki, ötən ilin iyun ayında iki ölkə arasında BirgəKomissiyanın 14-cü iclası keçirilib.

“Tədbirdə 2024–2025-ci illər üçün Yol Xəritəsi aktuallaşdırılıb.Onun icrası ticarət-iqtisadi və investisiya əlaqələrininmöhkəmlənməsinə töhfə verir. Bu sazişlər sənaye əməkdaşlığı,ticarət və investisiyalar daxil olmaqla geniş istiqamətləri ehtivaedir və ikitərəfli əlaqələrin gələcək inkişafı üçün mühüm əsasdır”,- deyə T.Hacılı bildirib.

O, Azərbaycan ilə Belarus arasında ticarət-investisiyamünasibətlərinin möhkəmlənməkdə olduğunu vurğulayıb.

"2025-ci ilin ilk səkkiz ayında ticarət dövriyyəsi təxminən 74milyon dollar təşkil edib. Bütün maraqlı tərəflərin hərtərəflidəstəyi ölkələr arasında biznes münasibətlərinin güclənməsinəxidmət edir”, - deyə T.Hacılı əlavə edib.

O, may ayında keçirilən biznes forumun və ötən ilki forumunəhəmiyyətini qeyd edib.

Tural Hacılı bildirib ki, birgə proqramların ardıcıl həyatakeçirilməsi ölkələr arasında ticarət, iqtisadi və investisiyaəlaqələrinin dərinləşməsinə töhfə verir.

Məqalədə:
Seçilən
98
1
az.trend.az

2Mənbələr