XANKƏNDİ, 15 oktyabr. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev "İqlimə davamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllərin imkanlarından istifadə" şüarı altında III Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciət edib.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki,müraciəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev səsləndirib.