AZ

Belarus Qarabağda Azərbaycanla əməkdaşlığın yeni perspektivlərini görür - Səfir

Bakı. Trend:

Belarus sənaye əməkdaşlığı, birgə istehsalat müəssisələrininyaradılması və biznes təcrübəsinin mübadiləsi sahəsində Azərbaycanıstrateji tərəfdaş kimi qiymətləndirir.

Trend xəbər verirki, bunu Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriDmitri Pineviç Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumundaçıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Belarus və Azərbaycan arasında iqtisadiəlaqələrin gələcək inkişafı üçün möhkəm təməl formalaşıb. Səfirxüsusilə sənaye əməkdaşlığına diqqət çəkərək bunu iki ölkə arasındaəməkdaşlığın əsas istiqaməti adlandırıb.

“Biz birgə layihələrin həyata keçirilməsi üçün, ələlxüsus dasənaye istehsalı və infrastruktur tikintisi sahəsində böyükimkanlar görürük. Belarus ixrac yönümlü ölkədir və ÜDM-in yarısıxarici bazarlar hesabına formalaşır. Buna görə də Azərbaycanbiznesi, özəl sektor və dövlət dəstək strukturları ilə sistemliəməkdaşlıqla maraqlıyıq”, – deyə səfir bildirib.

O həmçinin Azərbaycanda sahibkarlığın dövlət fondları və dəstəkmexanizmlərinin əhəmiyyətini vurğulayıb, bunların dövlətəmüəssisələrin kapitalında 30%-dək iştirak etmək və 5–7 il ərzindəçıxış imkanı yaratdığını qeyd edib.

Diplomat Qarabağda həyata keçirilən iri infrastrukturlayihələrinə də diqqət çəkib. Onun sözlərinə görə, bölgənininkişafı Azərbaycanın ərazilərin bərpasına strateji yanaşmasınınsimvoluna çevrilib.

“Mən 20 dəfədən çox Qarabağa səfər etmişəm və bölgəningörünüşünün necə sürətlə dəyişdiyini qeyd edə bilirəm. Şəhərlərbərpa olunur, yeni iş yerləri və sosial infrastruktur yaradılır.Bu, birgə Belarus-Azərbaycan təşəbbüsləri üçün yeni perspektivləraçır”,-deyə Dmitri Pineviç bildirib.

Məqalədə:
Seçilən
68
az.trend.az

1Mənbələr