AZ

III MDB Oyunlarının uğurlu təşkili humanitar əlaqələrin inkişafına mühüm töhfədir- ÖZƏL

"Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı diqqət mərkəzində olub. Dövlət başçısının nitqi yalnız siyasi deyil, həm də humanitar və mədəni müstəvidə yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına xidmət edən dərin məzmunu ilə seçilib". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Prezident İlham Əliyev həmçinin bu il Azərbaycanda keçirilən III MDB Oyunlarının uğurlu təşkilinə toxunaraq qeyd edib ki, bu yarışlar iştirakçı dövlətlər arasında dostluq və həmrəyliyin möhkəmlənməsinə xidmət edib. Oyunların Gəncə, Şəki, Göygöl, Mingəçevir, Qəbələ və digər şəhərlərdə yüksək səviyyədə keçirilməsi MDB ailəsi daxilində humanitar əlaqələrin inkişafına mühüm töhfə olub.
Beləliklə, Prezident İlham Əliyevin Düşənbə çıxışı Azərbaycanın MDB məkanında fəal və prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Bu çıxış həm dövlətlərarası dialoqun səmimiliyinə, həm də mədəni və humanitar diplomatiyanın gücünə söykənən yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər.
Azərbaycanın regiondakı siyasəti bir daha sübut edir ki, ölkəmiz təkcə iqtisadi və siyasi baxımdan deyil, həm də mədəni təsir gücü ilə inteqrasiyanın mühüm mərkəzinə çevrilməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
59
olaylar.az

1Mənbələr