AZ

Ermənistanda keşişlərin saxlanılması davam edir

Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən daha bir din xadimi — keşiş Paren saxlanılıb. 

News24.az xəbər verir ki, bu barədə Eçmiədzin informasiya sisteminin rəhbəri, keşiş Esayi Artenyan erməni KİV-lərinə məlumat verib.

O, həmçinin bildirib ki, daha əvvəl başqa bir din xadiminin — Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtich Proşyanın evində axtarış aparılıb və onun istintaq şöbəsinə aparıldığı qeyd olunub.

KİV-in məlumatına görə, yepiskop Proşyan bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğludur.



Seçilən
58
1
news24.az

2Mənbələr